“Tesla”nın “Model 3” avtomobillərinə vergidə güzəşt olunacaq

“Tesla”nın “Model 3” avtomobilləri vergi güzəştlərindən yararlanacaq.

İNdex.az xəbər verir ki, ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla”nın bütün “Model 3” avtomobilləri ABŞ Maliyyə Nazirliyinin müəyyən etdiyi yeni akkumulyator təchizatı meyarlarına əsasən vergi güzəştlərindən yararlana bilər.

ABŞ Energetika Nazirliyinin “fueleconomy.gov” saytındakı məlumata görə, bütün “Tesla Model 3” avtomobilləri elektrik,”plug-in hibrid və yanacaq hüceyrəsi ilə işləyən elektrik avtomobillər üçün nəzərdə tutulan 7500 dollarlıq vergi güzəştindən yararlanmaq hüququna malikdir.

Beləliklə, ABŞ-da vergi endirimindən tam yararlanan elektrik avtomobil modellərinin ümumi sayı 22-yə yüksəlib.

Əvvəllər yalnız “Model 3″ün performans versiyası 7500 dollarlıq vergi endirimindən faydalana bilərdi.