Çin böyük banklardan depozit faizlərini azaltmağı tələb edib

Çin səlahiyyətliləri ölkənin ən böyük banklarından yenə depozit faizlərini azaltmağı tələb edib.

İndex.az xəbər verir ki, “Bloomberg”in yaydığı məlumata görə, Çin rəsmiləri ölkənin ən böyük banklarından bir il ərzində ikinci dəfə depozit faizlərini azaltmağı tapşırıb.

Müvafiq olaraq rəsmilər, ötən həftə “Bank of China”, “Industrial & Commercial Bank of China” və “Bank of Communications”dan bir çox məhsulları üzrə uçot dərəcələrini azaltmağı tələb etdilər.

Banklardan depozitlər üzrə uçot dərəcələrini 5 baza bəndi, 3-5 il müddətinə olan əmanətlər üzrə isə 10 baz bəndi aşağı salmaq tələb olunub.