SEC “Coinbase” kriptovalyuta birjasını məhkəməyə verir

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) kriptovalyuta birjası “Coinbase”i qiymətli kağızlarla bağlı qaydaları pozduğuna görə məhkəməyə verib.

İndex.az xəbər verir ki, SEC Nyu-Yorkda “Coinbase Global”ın illərdir qiymətli kağızlar üzrə qaydaları pozmaqda günahlandırır.

Bununla yanaşı ABŞ-ın ən böyük kriptovalyuta birjası olan “Coinbase”, çoxlu sayda qeydiyyatdan keçməmiş kriptovalyutaların əməliyyatlarına icazə verdiyi bildirlir.

SEC sədri Qery Qensler açıqlamasında bildirib ki, “Coinbase” qiymətli kağızlar üzrə qanunlara tabe olsa da, qeyri-qanuni əməliyyatlarla məşğul olur.