Ərzaq qiymətinin yüksək olması İngiltərədə istehlakı azaldır

Böyük Britaniyada istehlak xərclərinin artımı may ayında yüksək ərzaq qiymətləri səbəbindən son 6 ayın ən aşağı səviyyəsinə düşüb.

İndex.az xəbər verir ki, Britaniya Pərakəndə Satıcılar Assosiasiyası (BRC) və KPMG tərəfindən açıqlanan aylıq pərakəndə satış məlumatlarına əsasən, ölkədə ümumi pərakəndə satışlar 3,9% artıb.

Ötən ilin eyni dövründə bu göstərici 1,1% olub.

Digər tərəfdən pərakəndə satışlar son 12 ayda orta hesabla 3,4% artıb.