İT şirkəti əməkdaşlarını iş vaxtı ofis binasında bağladı – Hindistanda

Hindistanda bir İT şirkəti işçilərini iş günü ərzində çölə çıxa bilməmələri üçün ofis binasına bağlayıb.

İndex.az xəbər verir ki, bu barədə “India Today” nəşri yazıb.

Məlumata görə, ofis binasının mühafizəçiləri insanları çölə buraxmaq üçün ağır zəncirlərdən və asma qıfıllardan istifadə edirlər. Təhlükəsizlik əməkdaşlarından biri şirkət rəhbərlərindən birinin tələbini yerinə yetirdiyini bildirib.

Hadisə ictimaiyyətə açıqlandıqdan sonra şirkət bir növ anlaşılmazlıq olduğunu və problemin “bir neçə dəqiqədə” həll edildiyini bildirib.

“Bu, bir təşkilat olaraq dəyərlərimizə və mədəniyyətimizə zidd idi. Bu hadisənin yaratdığı narahatçılığa görə təəssüflənirik”, – deyə “Coding Ninjas” şirkətinin nümayəndəsi bildirib.