Sabah “Azəriqaz” rəhbərliyinin növbəti canlı yayımı olacaq

İyun ayının 7-də saat 15:00-da “Facebook” və “Instagram” sosial şəbəkələri üzərindən “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin növbəti canlı yayımı planlaşdırılır.

Bu barədə İndex.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, abonentlər qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda müraciətlərini edə bilərlər.