“Azəriqaz”ın “Açıq mikrofon”u Şamaxıda qurulacaq

08 iyun saat 11:00-dan 12:00-dək “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası Şamaxı rayonunun Çuxuryurd kəndində baş tutacaq.

İndex.az bu barədə “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, vətəndaşlar qeyd olunan ünvana yaxınlaşaraq qaz təchizatı ilə bağlı problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.