3 rayonda 3 gün qaz olmayacaq

Azərbaycanda 3 gün müddətində 3 rayonun qaz təchizatında fasilə yaranacaq.

İndex.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, 2023-cü ilin payız-qış mövsümündə Gürcüstana təbii qazın fasiləsiz ixrac edilməsi, qaz nəql sisteminin dayanıqlı və təhlükəsiz istismarını təmin etmək məqsədilə “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” yüksək təzyiqli qaz kəmərində təmir-bərpa və yenidənqurma işləri aparılacaq.

İyunun 6-da saat 14:00-dan etibarən iyunun 8-nə qədər işlər başa çatanadək “Qarasu” və “Muğan” QPS-lərdən, həmçinin “Gilan Seramik” MMC qaz ölçü qovşağından qaz təchizatı dayandırılacaq.

İyunun 6-8-də təmir işləri aparılan müddətdə Sabirabad və Hacıqabul rayonlarının bir hissəsinin, Ağsu rayonunun isə Padarqışlaq kəndinin qaz təchizatında fasilə yaranacaq.