“General Motors” pikap istehsalına 1 milyard dollardan çox sərmayə yatırır

ABŞ-ın avtomobil istehsalçısı “General Motors Co.” şirkəti yeni nəsil yüksək performanslı pikap maşınları istehsal etmək üçün Miçiqandakı iki fabrikin yenidən qurulması üçün 1 milyard dollar sərmayə qoymağı planlaşdırır.

İndex.az “İnterfax”a istinadən xəbər verir ki, “Flint Assembly” yığım fabriki 2023-cü ilin dördüncü rübündən başlayaraq 788 milyon dollar, “Flint Metal Center” fabrikinə isə 233 milyon dollar investisiya qoyulacaq.

GM yalnız 2035-ci ildən etibarən elektrikli avtomobillər satacağını açıqlayıb. CNBC televiziyası qeyd edib ki, buna baxmayaraq, “Chevrolet Silverado” və “GMC Sierra” modelləri də daxil olmaqla, daxili yanma mühərrikli pikap yük maşınlarına tələbat güclü olaraq qalır. Ötən il belə avtomobillərin satışı 38% artaraq 288 minə çatıb.

Son üç ayda GM şirkətinin kapitallaşması 16,4% azalaraq 47,65 milyard dollara qədər azalıb, S&P 500 indeksi isə 6,2% əlavə edib.