Almaniyanın ixracatı aprel ayında kəskin yüksəlib

Almaniyanın ixracatı mart ayında 6% azaldıqdan sonra apreldə 1,2% artıb.

İndex.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatlarına görə, ölkədə mövsüm və təqvim təsirlərindən təmizlənmiş ixracat aprel ayında 2,5% azalma gözləməsinə baxmayaraq 1,2% artaraq təxminən 130,4 milyard avroya yüksəlib.

İdxal isə 1,7% azalaraq 112 milyard avroya düşüb.

2022-ci ilin aprel ayı ilə müqayisədə ixrac 1,5% artıb, idxal isə 10,3% azalıb.

Beləliklə, Almaniyanın mövsümi və təqvim təsirlərindən təmizlənmiş xarici ticarət profisiti təxminən 18,4 milyard avro təşkil edib.