UBS “Credit Suisse”inin alışını bu tarixdə başa çatdıracaq

İsveçrənin ən böyük bankı UBS-dən verilən açıqlamada “Credit Suisse”nin ələ keçirilməsi prosesinin iyunun 12-də tamamlanacağı bildirilib.

İndex.az xəbər verir ki, müqaviləyə əsasən, “Credit Suisse” səhmdarları sahib olduqları hər 22,48 səhm üçün bir UBS payı alacaqlar.

İsveçrənin ən böyük bankı UBS-dən verilən açıqlamada, iyunun 12-də rəqib “Credit Suisse”i dövlət dəstəyi ilə satın alacağını açıqladı.

UBS tərəfindən edilən açıqlamada xatırladılıb ki, “Credit Suisse”nin alınmasının tamamlanması ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) səhm qeydiyyatı bəyannaməsi şərtlərinə tabedir.