Naxçıvanda yeni özəl təhsil müəssisələri açılacaq

Naxçıvanda yeni özəl təhsil və tibb müəssisələri fəaliyyətə başlayacaq.

İndex.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda yer alıb.

Sənəddə qeyd olunub ki, 2023-2027-ci illər ərzində Naxçıvanda özəl təhsil və tibb müəssisələrinin yaradılması təşviq edilməlidir.

Əsas icraçı orqan Naxçıvanın Nazirlər Kabineti, digər icraçılar isə Azərbaycanın Elm və Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi müəyyənləşib.

Məqsəd əhalinin keyfiyyətli təhsil və tibb xidmətlərinə çıxışının yaxşılaşdırılmasıdır.