“SpaceX” “Falcon 9” ilə kosmik stansiyaya yük daşıyacaq

“SpaceX”, müxtəlif səbəblərdən təxirə saldığı yük missiyası üçün bu gün “Kennedi Kosmik Mərkəzi”ndən “Falcon 9” raketini buraxmağı planlaşdırır.

İndex.az xəbər verir ki, NASA-ya bağlı beynəlxalq kosmos stansiyasının yük vəzifələrini üzərinə götürən “SpaceX”in “Falcon 9” ilə orbitdəki laboratoriyada aparılan elm və tədqiqat işlərinə birbaşa dəstək olmaq üçün kritik materialları daşıyacaq.

Daim müxtəlif səbəblərdən ləngimələrlə üzləşən kosmik missiya, nəhayət, son gecikmədən sonra bu gün həyata keçirilə bilər.

“SpaceX”, havanın bu gün buraxılış üçün 60% uyğun olduğunu açıqladı.