“Azəriqaz”ın “Açıq mikrofon” aksiyası həftəlik işinə Zərdabda başladı

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Səyyar qəbul otağı” növbəti dəfə Zərdab rayonunda təşkil olunub.

İndex.az xəbər verir ki, 10-a yaxın sakinin qatıldığı aksiyada ümumilikdə 8 müraciət ünvanlanıb.

Mikrofon önünə çıxan 3 abonent debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsini xahiş edib. 2 abonent qaz xəttinin yerinin dəyişdirilməsini, 2 sakin isə fərdi yaşayış evinin qazlaşdırılmasını istəyib.

Aksiyada səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndirilməsi üçün  qeydiyyatı aparılıb.