“ChatGPT” artıq telefonda da olacaq

“ChatGPT” ilk dəfə olaraq smartfona inteqrasiya olunub.

İndex.az xəbər verir ki, “Infinix” markasının satışa çıxarılacağı “Note 30” seriyasına “ChatGPT” robotunu inteqrasiya edəcək.

Bununla da, “Infinix” bir ilkə imza atmış olacaq.

İstifadəçi mikrofon düyməsini basıb saxladıqda, “Folax” işə başlayacaq və “ChatGPT” əsaslı “Bing” axtarış motorunun nəticələrinə oxşar nəticələr verəcəkdir.

Bildirilir ki, inteqrasiya həm “Infinix” markasını, həm də “Folax” rəqəmsal köməkçisini gücləndirəcək. Bu yolla o, “Siri” kimi güclü rəqiblərlə qarşılaşa biləcək.