ABŞ-da böyük bankların kapital öhdəlikləri 20% artırılacaq

ABŞ tənzimləyiciləri bu il orta ölçülü bankların müflis olmasından sonra sistemin dayanıqlığını artırmaq üçün iri miqyaslı bankları maliyyə vəziyyətini artırmağa məcbur etməyə hazırlaşır.

İndex.az xəbər verir ki, “Wall Street Journal”ın xəbərinə görə, ABŞ-ın iri banklarının kapital öhdəliklərinin 20% artırılması nəzərdə tutulub.

Müvafiq mənbələrə əsaslanan “Wall Street Journal” qəzetində yer alan xəbərə görə, tənzimləyici qurumların 2012-ci ildə həyata keçirməyi planlaşdırdığı dəyişikliklərlə iri banklarda ümumi kapital tələblərinin orta hesabla 20% artırılacağı bildirilir.

Qeyd edək ki, daha öncə ABŞ-da banklara FED tərəfindən daha ciddi nəzarət ediləcəyi ilə bağlı bəyanatlar da var idi.