“Twitter”in təhlükəsizlik şefi istefa verib

“Twitter”in məzmun moderasiyası və siyasətinin rəhbəri Ella İrvin istefa verib.

İndex.az xəbər verir ki, “The Hindu Business Line”nın yaydığı məlumata görə, Ella İrvin İlon Maskın “Twitter”i almasından sonra vəzifəsini tərk edən ikinci təhlükəsizlik rəhbəri olub.

Bildirilib ki, ötən ilin iyununda vəzifəsinin icrasına başlayan İrvinin istefa səbəbi hələ aydın deyil.

İlk Təhlükəsizlik rəisi Yoel Rot istefasından sonra “Twitter”i sərt tənqid etməyə başlamışdı.

İrvin “Twitter”də təqib, nifrət nitqi və zorakılıq siyasətinin monitorinqinə cavabdeh idi.