“Faiz artımının təsirinin hiss olunması üçün bir neçə rüb lazımdır”

Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Fabio Panetta bir sıra açıqlamalarla diqqət mərkəzinə düşüb.

İndex.az xəbər verir ki, AMB-nin idarə heyətinin üzvü Fabio Panetta AMB-nin faiz artımını tam olaraq bitirmədiyini, lakin faizlərin bundan sonra çox da artmayacağını bildirib.

Panetta, Fransanın “Le Monde” qəzetinə verdiyi müsahibədə, faiz artımının real iqtisadiyyata təsirinin tam olaraq hiss olunması üçün bir neçə rüb lazım olduğunu bildirib:

“Bizim pul sərtləşdirməmiz yaxın aylarda hiss olunacaq. Biz daxili tələbin zəif qalacağını və bunun Avrozonada davam edən iqtisadi zəiflikdə, hətta texniki tənəzzüldə özünü göstərəcəyini gözardı edə bilmərik”.