Ueda: “İnflyasiyanın BOJ-un hədəfinə çatması üçün vaxt lazımdır”

Yaponiya Bankının (BOJ) rəhbəri Kazuo Ueda bir sıra açıqlamalar edib.

İndex.az xəbər verir ki, BOJ rəhbəri Kazuo Uedanın fikrincə Yaponiyada inflyasiyasının qarşıdakı dövrdə yüksəlməsi ehtimalı olsa da, BOJ-un 2%-lik qiymət sabitliyi hədəfinə çatması zaman alacaq.

Uedanın yanaşması sələfi Haruhiko Kurodanın yanaşması ilə ziddiyyət təşkil edir.

O, 2013-cü ildə təxminən iki il ərzində inflyasiyanı 2%-ə çatdırmaq üçün kütləvi aktiv alışı proqramı həyata keçirmişdi.