Co Bayden: “Süni intellekt bütün münaqişələrin gedişatını dəyişə bilər”

Bayden ABŞ Hərbi Hava Qüvvələri Akademiyasının Koloradoda keçirilən buraxılış mərasimində çıxış edib.

İndex.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden çıxışında bildirib ki, süni intellekt və 3D çap kimi inkişaf edən texnologiyalar münaqişələrin gedişatını dəyişə bilər.

Bayden bildirib ki, Rusiya-Ukrayna müharibəsindən Çinlə rəqabətə, iqlim böhranından qida təhlükəsizliyi və təbii fəlakətlərə qədər bütün çətinliklərin həllində süni intellektin köməyi getdikcə artır.

Bununla yanaşı Bayden süni intellektin durmadan sürətlə inkişaf etməsinə də diqqət çəkib.