Almaniyanın “Lufthansa” şirkəti ITA-nı alır

Almaniyanın “Lufthansa” aviaşirkətinin İtaliyanın bayraq daşıyıcısı İTA aviaşirkətinin minoritar səhmlərini alacağı bildirib.

İndex.az xəbər verir ki, “Lufthansa”dan verilən açıqlamada bildirilib ki, “Lufthansa”nın 325 milyon avro kapital artımı yolu ilə İtaliya hava yolu şirkətinin 41% hissəsinin alınması üçün İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyi ilə razılıq əldə edilib.

Açıqlamada, İtaliya hökumətinin də əlavə 250 milyon avro ilə İTA-nın kapitalının artırılmasına töhfə verəcəyi və sözügedən satınalma müqaviləsi tamamlandıqdan sonra İTA-nın italyanlarla birgə idarə ediləcəyi, o cümlədən baş menecer vəzifəsinə bir italyanın təyin ediləcəyi bildirilib.

Satınalma Avropa İttifaqının idarəedici qolu olan Avropa Komissiyası tərəfindən təsdiqlənməlidir.

İTA Hava Yolları 2021-ci ilin oktyabrında maliyyə dəstəyi ilə 75 yaşlı Alitalia aviaşirkətinin bağlanmasından sonra yaradılıb.

İTA Hava Yolları 66 təyyarə ilə 4 min iş yeri təmin edir və hər il 10 milyon sərnişin daşıyır.