“Azərpoçt” işçi axtarır – VAKANSİYA

Azərpoçt

Ekvayrinq üzrə mütəxəssis

Son tarix 25 iyn 2023 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Bankomatların işlək vəziyyətdə olmasına  nəzarət etmək.
  • Bankomatların quraşdırılmasına və profilaktik işlərin görülməsinə nəzarət etmək
  • Bankomatlara yerləşdirilən nəğd vəsaitlərin dövriyyəsinə və qalıqlarına nəzarət etmək
  • Pos terminalların işlək vəziyyətdə olmasına nəzarət etmək
  • Müştərilərdən daxil olan sorğuların araşdırılması, və problemlərin aradan qaldırılması
  • Pos terminalların proqram təminatının yazılması, fiziki quraşdırılması.
  • Pos terminalların dövriyyə və qalıqlarına nəzarət etmək
  • Şöbənin funksiyasından irəli gələn digər funksiyalarının icra edilməsi.
  • Yeni ticarət müəssisələrinin və partnyorlarının banka cəlb edilməsi.
  • Ticarət müəssisələrinin, POS-termianlların və ATM-lərin qeydiyyatlarının aparılması və şəbəkəsinə nəzarət edilməsi
  • Pos  terminalların xidmətini və profilaktik işlərini təmin etmək
  • Pos  terminal istifadəsi üzrə təlimləri  keçirmək.
  • Elektron kommersiya dövriyyə və qalıqlarına nəzarət etmək
  • Ekvayrinq şəbəkəsinə və dövriyyəsinə aid hesabatının hazırlanması

Namizədə dair tələblər:

  • Ali təhsil
  • Kompyuter bilikləri
  • Texniki bacarıq və satış qabiliyyəti
  • Ünsiyyətqurma bacarığı
  • Problemləri həll etmə bacarığı
  • Məsuliyyətli, təşəbbüskar olmaq
  • Yenilik və dəyişikliklərə açıq olmaq

İş vaxtı: Həftə içi 5 gün, saat 9:00 – 18:00

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.

Maraqlananlar, öz CV-lərini “Ekvayrinq üzrə mütəxəssis” başlığı ilə göndərə bilərlər.