“WhatsApp”a istifadəçi adları gəlir

“WhatsApp” istifadəçi adı funksiyası üzərində işləyir.

İndex.az xəbər verir ki, “Telegram” və digər mesajlaşma proqramlarında olduğu kimi “WhatsApp”da da istifadəçi adı əldə etmək mümkün olacaq.

Hazırda nömrənizi “WhatsApp”da sizə mesaj göndərmək istəyən hər kəslə paylaşmalısınız. Bu isə, böyük məxfilik və təhlükəsizlik problemi yaradır.

İstifadəçi adı platformaya gətirildikdən sonra bu problem aradan qalxacaq. İstifadəçi adınızı insanlarla paylaşmaqla, onlara mesaj göndərə biləcəksiniz.

İstifadəçi adını yaratmaq üçün:

1. “WhatsApp”ı açın.
2. Parametrlərə daxil olun.
3. Profilə daxil olun.
4. “WhatsApp” istifadəçi adının yanındakı qələm işarəsinə toxunun.
5. @ istifadəçi adınızı daxil edin.