“Borc limiti böhranı ilə bağlı hələ həll edilməli olan məsələlər var”

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti borc limiti ilə bağlı bir sıra açıqlamalar verib.

İndex.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti jurnalistlərə bildirib ki, borc limiti böhranı ilə bağlı hələ həll edilməli olan məsələlər var:

“Ortaq razılığa gəlmək üçün komandama 7/24 işləməyi tapşırıb. Günün sonunda hər kəsin xoşbəxt ola biləcəyi bir razılaşma olmayacaq. İndi sistem belə işləyir”.