İngiltərəyə gələn immiqrantların sayı rekord həddə çatıb

Keçən il İngiltərəyə gələn xalis immiqrantların sayı rekord həddə çatıb.

İndex.az xəbər verir ki, Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumatlara görə, keçən il İngiltərəyə xalis immiqrantların sayı 606 min nəfərlə rekord qırıb.

Açıqlamada, sözügedən mühacirlərin Böyük Britaniyaya Avropa İttifaqı xaricindən işləmək və ya təhsil almaq üçün gələnlər ilə Ukrayna və Honkonqdan xüsusi viza proqramları ilə gələnlərdən ibarət olduğu bildirilib.

Məlumatların açıqlanmasından sonra “İTV” kanalına danışan İngiltərə Baş naziri Rishi Sunak, rəqəmlərin “çox yüksək” olduğunu və xalis miqrasiyanı azaltmaq istədiklərini bildirib.