“AMB sərtləşdirməyə davam edəcək”

Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Yoahim Naqel cümə axşamı İsveçrənin Obbuergen şəhərindəki çıxışında AMB-nin pul siyasəti ilə bağlı qiymətləndirmələr edib.

İndex.az xəbər verir ki, AMB-nin Rəhbərlik Şurasının üzvü və “Bundesbank” prezidenti Yoahim Naqel bildirib ki, AMB yüksək inflyasiyanın öhdəsindən gəlmək üçün monetar sərtləşdirmə yoluna davam edəcək.

Uçot dərəcəsini indiyə qədər bir ildən az müddətdə 375 baza bəndi artırdıqlarını qeyd edən Naqel, xalis istiqraz alışlarını dayandırdıqlarını və çox güman ki, iyul ayından etibarən APP proqramı vasitəsilə yenidən investisiya etməyi dayandıracaqlarını söylədi.

Mayın 10-da etdiyi qiymətləndirməyə uyğun olaraq, Naqel, AMB-nin borclanma xərclərini artırmağı hələ bitirmədiyini vurğuladı.

“Deutschlandfunk” radiosuna danışan Naqel, əsas inflyasiyanın nəzarət altına alınması lazım olan bir mühitdə bankın mövcud pul siyasətindən çox razı olduğunu bildirib.