Yeni neft layihələrinin zərərsiz qiyməti il ​​ərzində 8% azalıb

İl ərzində dünyada yeni neft layihələrinin orta zərərsizliyinin qiyməti bir barel üçün 47 ABŞ dollarınadək enib.

İndex.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı “Rystad Energy” müstəqil araşdırma şirkətinə istinadən xəbər verir.

Məlumata görə, qeyd olunan göstərici illik müqayisədə 8%, 2014-cü ilin göstəricisi ilə müqayisədə isə 40% azalıb.

Qeyd edilir ki, yeni istehsalat üzrə dənizdə dərin dəniz layihələri ən ucuz mənbə kimi olaraq qalır.

Agentliyin son hesablamaları dəyişməz olaraq qalır və 2030-cu ildə gündəlik 100 mln. barel neft hasil etmək üçün tələb olunan neftin qiyməti 45 dollar səviyyəsində hesablanır. Şirkət zərərsizlik üzrə qiymətin azalmasına baxmayaraq, 2030-cu il üçün istehsal potensialının sanksiyalar və şist layihələrinin konservasiyası səbəbindən aşağı düşəcəyi ehtimalından qeyd olunan göstərici üzrə qiymətləndirməsini dəyişməyib.