“Səyyar qəbul otağı” Balakən rayonunda sakinlərin ixtiyarına verildi

Balakən rayonunda keçirilən aksiyaya 10-dan çox sakin qatılıb.

İndex.az xəbər verir ki, “Açıq mikrofon”da müraciətlərini isə cəmi 8 nəfər ünvanlayıb ki, bunların 2-si fərdi yaşayış evinin qazlaşdırılması, daha 2-si qapı keçidinin quraşdırılmasından ibarət olub.

Digər məsələlərə gəlincə, debitor borcun hissə-hissə ödənilməsinə köməkliyin göstərilməsi, qaz sayğacının yenisi ilə əvəz olunması və küçə qaz xəttinin çəkilməsi və s. kimi istəklər yer alıb. Görüşdə səsləndirilən bütün problem və təkliflər aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.