İnyesta: “”Barselona”ya qayıtmaq istərdim”

Yaponiyanı tərk etmək qərarına gələn əfsanəvi futbolçu yenidən “Barselona”ya qayıtmaq istəyə biləcəyini bildirib.

İndex.az xəbər verir ki, “Barselona”dan ayrıldıqdan sonra 2018-ci ildən Yaponiyanın “Vissel Kobe” komandasının formasını geyinən və iyulun 1-də oynanılacaq “Consadole Sapporo” matçından sonra klubu ilə vidalaşacağını açıqlayan Andres İnyesta yenə “Barselona” forması geyinmək istədiyini bildirib.

Ancaq, yenə də bunun uzaq bir ehtimal olduğunu da bildirib.

Qeyd edək ki, İnyestanın yeni komandası hələlik bəlli deyil.