Rusiya 5 İsveç diplomatını ölkədən çıxarır

İsveç keçən ay 5 rusiyalı diplomatı ölkədən çıxardıqdan sonra Rusiya da öz “qisasını” alıb.

İndex.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, ötən ay İsveçdən qovulan rus diplomatlara qarşı Rusiyada çalışan 5 isveçli diplomatın ölkədən çıxarılacağı açıqlanıb.

İsveçin rus diplomatlarını ölkədən çıxarmasını “düşmən addımı” kimi qiymətləndirən bəyanatda İsveç diplomatlarının ölkədən çıxarılması qərarının iki ölkə arasındakı münasibətlərdə “əks tendensiya”ya cavab olaraq verildiyi vurğulanıb.

Qeyd edək ki, ötən il Rusiyanın Ukraynaya müdaxiləsindən sonra İsveçin NATO-ya üzvlüyü prosesinin başlaması ilə iki ölkə arasında münasibətlər pisləşməyə başlayıb.