Bütün müavinət, təqaüd və ünvanlı sosial yardımlar ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün tam ödənilib.

Nazirlikdən bildirilib ki, bundan əvvəl, mayın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, mayın 16-da isə bölgələr üzrə, habelə qulluq stajına görə əlavələr alan pensiyaçıların may ayının pensiya ödənişləri həyata keçirilib.