“Alibaba” kütləvi ixtisarlara başlayır

“Alibaba Group” IPO-ya hazırlıq məqsədilə kütləvi ixtisarların başlaması barədə işçilərinə bildirişlər göndərib. Şirkət “bulud” biznesində iş yerlərinin sayını təxminən 7% və ya 1 min azaltmaq niyyətindədir.

Biznesini yenidən qurmaq və qrupu altı müstəqil şirkətə bölmək niyyətini “Alibaba” hələ mart ayında açıqlamışdı. Bu şirkətlər aşağıdakılar olacaq:

“Cloud Intelligence Group”, Taobao Tmall Commerce Group”, “Local Services Group”, “Cainiao Smart Logistics Group”, “Global Digital Commerce Group and Digital Media” və “Entertainment Group”.

Gözlənilən işçilərin ixtisarı elan edildikdən sonra “Alibaba”nın Nyu-Yorkdakı səhmləri ticarət günündə 3.7% ucuzlaşıb.