Amsterdamda marixuana çəkənlər 100 avro cərimələnəcək

Hollandiyanın paytaxtı Amsterdamda şəhər mərkəzinin küçələrində marixuanadan istifadə qadağan edilib.

İndex.az xəbər verir ki, bu gündən etibarən qüvvəyə minən qadağaya əməl etməyənlər 100 avro məbləğində cərimələnəcək.

Kütləvi yerlərdə marixuana istifadəsinə qoyulan qadağa turistlərin ən çox gəldiyi “Red Light District”, “Dam Meydanı”, “Damrak” ve “Nieuwmarkt”da tətbiq olunacaq.

Marixuana istifadə edənlərə polis və ya bələdiyyə məmuru tərəfindən bir dəfə xəbərdarlıq ediləcək, xəbərdarlığa baxmayaraq siqaret çəkməyə davam edənlər isə 100 avro cərimə olunacaq.