İnyesta Yaponiya klubundan ayrıldı

Andres İnyesta Yaponiyanın “Vissel Kobe” klubundan ayrılıb.

Sözügedən klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 39 yaşlı yarımmüdafiəçi iyulun 1-də komandasının heyətində vida matçına çıxacaq.

İspaniya futbolunun əfsanəsi “Vissel Kobe”yə 2018-ci ildə “Barselona”dan keçib.