Səfər Mehdiyev: “Tarladan pambıq toplamırıq ki, nədənsə kəsirimiz olsun”

“Dövlət Gömrük Komitəsində (DGK) hər hansı yoxlamaların aparılması və 700 milyon manat kəsirin yaranması ilə bağlı yayılan məlumatlar tamamilə əsassız və yalandır. Bunun heç bir mənbəsi yoxdur ki, hansısa hüquq mühafizə orqanları gəlib, yoxlayıb və DGK-da 700 milyon manat kəsir aşkarlayıb. Bunu biz də sosial şəbəkədə görüb, oxuduq və üzüldük. Azad mətbuatdır və hər kəsin hüququ var ki, çatışmazlıqları ictimaiyyətə çatdırsın”.