"Kapital Bank"a işçilər tələb olunur – VAKANSİYALAR

KOS kreditlərin təhlili şöbəsində kiçik mütəxəssis/ mütəxəssis

Son tarix 26 dekabr 2021

Buna da bax: DİN 50 işçi axtarır – VAKANSİYA

Öhdəliklər:

Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn funksiyaları icra etmək;

Müraciətlər əsasında Kiçik və orta sahibkarlıq subyektləri üzrə kreditləşmə və sənədli əməliyyatların aparılması, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə müştərinin təhlili həyata keçirmək və onlar barədə rəy vermək;

Kreditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməməsi və ya təminatın kifayət olmamasını yoxlamaq;

Kredit komitəsində müraciətlər üzrə müzakirələrdə iştirak etmək;

Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək.

Tələblər:

Ali təhsil; (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas)

Bank sahəsində müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;

Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;

ACCA F3/FFA, ACCA F7/FR (arzuolunan);

Yüksək səviyyədə Excel bacarığı (reportların və excel şablon/kalkulyatorların hazırlanması);

Excel VBA biliklərinin olması arzuolunandır;

PowerPoint və prezentasiya proqramları üzrə işləmək;

Müxtəlif növ hesabatların qurulması və onların avtomatlaşdırılması;

Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;

Məsuliyyətlilik və dəqiqlik.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz ([email protected]).

KOS kreditlərin təhlili şöbəsində Mütəxəssis, Aparıcı və Baş mütəxəssis

Son tarix 26 dekabr 2021

Öhdəliklər:

KOS müştərilərin maliyyə və biznes təhlilini həyata keçirmək;

Müştərilərin müraciətləri əsasında kreditləşmə və sənədli əməliyyatlar aparmaq, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə öhdəlikləri strukturlaşdırmaq, onlar barədə rəylər vermək;

Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətindəki dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirmək;

Riskləri düzgün qiymətləndirmək və bankdaxili digər normativ qaydaların qorunmasına nəzarət etmək;

Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək.

Tələblər:

Ali təhsil; (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas)

Bank sahəsində müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;

Rus və İngilis dil bilikləri müsbət qarşılanır;

CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır;

Kompüter bilikləri (MS Office, Internet);

Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları;

Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;

Məsuliyyətlilik və dəqiqlik;

Bank qanunvericiliyini.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa elektron ünvanına “KOS kreditlərin təhlili üzrə mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis” başlığı ilə müraciət edə bilərsiniz ([email protected]).

Girovlarla iş və qiymətləndirmə şöbəsinin mütəxəssisiaparıcı mütəxəssisi

Son tarix 26 dekabr 2021

Öhdəliklər:

Regionlarda olan ipoteka kredit safarişlərin əmlaklarının qiymətləndirilməsi;

Gördüyü işlər haqqında şöbə rəisinə gündəlik məlumat təqdim etmək;

Şöbə rəisinin göstərişinə əsasən qarşıya qoyulmuş digər vəzifələri yerinə yetirmək;

Biznes kreditlərinin girovlarının qiymətləndirilməsi;

Daxili ipoteka və girov qismində verilmiş kredit əmlaklarının qiymətləndirilməsi;

Gördüyü işlər barəsində hesabat aylıq hesabat.

Tələblər:

Maliyyə, İqtisad sahəsində ali təhsil;

Qiymətləndirmə işləri üzrə iki il iş təcrübəsi;

Yüksək səviyyədə MS Office bilikləri və ən əsası excell bilikləri mükəmməl;

Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə ingilis dili biliyi arzuolunandır.

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.