“Volkswagen” elektromobillərin satışı üzrə “Tesla”nı ötüb

“Volkswagen” 2021-ci ilin birinci yarısında Avropanın elektrikli avtomobil bazarının 26%-ni ələ keçirib.

İndex.az xəbər verir ki, şirkətin ən populyar avtomobil modeli “ID.3” hetçbekidir, onun qiyməti 40.000 dollardan başlayır. Daha bir məşhur “ID.4” modeli 2020-ci ilin sentyabrında təqdim edilib.

Ola bilsin ki, şirkət tezliklə liderliyini itirəcək, çünki İlon Mask Berlində yeni “Gigafactory” zavodunu işə salacaq. “Volkswagen” yaxın onillikdə yeni tam elektrik modellərini təqdim etməyi planlaşdırır.