Avropada qazın qiyməti 5% ucuzlaşdı

Avropada yanvar fyuçerslərinin qiyməti ticarət sessiyasının sonunda ucuzlaşıb.

İndex.az xəbər verir ki, bunu ICE birjasının məlumatları sübut edir.

Ticarət sessiyasının açılışında Niderlandın TTF indeksinə əsasən qaz fyuçerslərinin dəyəri 1 086,6 ABŞ dolları təşkil edib. Sessiya zamanı qazın qiymətləri minimum 1 040 ABŞ dolları, maksimum isə 1 110 ABŞ dolları həddini bir qədər keçib.

Bağlanış zamanı isə 5,2% azalaraq hər min kubmetr üçün 1059,5 ABŞ dolları təşkil edib.