“Yelo Bank”a işçi axtarılır

Yelo Bank

Mikro biznes müştəriləri üzrə Təcrübəçi / Mütəxəssis / Baş Mütəxəssis / (Masallı)

Son tarix 11 iyn 2023 jobs@yelo.az

Siz elektron poçtun “mövzu” yerinə “Mikro_kredit_Masallı” qeyd etməklə öz CV-lərinizi göndərə bilərsiniz.

Struktur: Mikro Biznes Müştəriləri Departamenti
Bilavasitə tabeçiliyi: Filial müdiri və ya menecer

Vəzifə öhdəlikləri:

  • Biznes müraciətlərinin təhlili
  • Təhkim olunmuş kredit portfelinin idarə edilməsi
  • Biznes görüşlərinin təşkili
  • Müştəri şəbəkəsinin genişləndirilməsi

Tələblər:

  • Ali təhsil
  • Ünsiyyət qurmaq bacarığı
  • Riyazi biliklər
  • Komandada işləmək bacarığı

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
  • Könüllü tibbi sığorta proqramına qoşulma
  • Yığım sığortasına qoşulma imkanı
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

 

Məlumat mərkəzi üzrə kiçik mütəxəssis

Son tarix 08 iyn 2023  jobs@yelo.az

Siz elektron poçtun “mövzu” yerinə “Məlumat mərkəzi” qeyd etməklə öz CV-lərinizi göndərə bilərsiniz.

Struktur: Alternativ kanallar ilə satış departamenti / Məlumat mərkəzi
Bilavasitə tabeçiliyi: Departament direktoru və ya şöbə meneceri.

Vəzifə öhdəlikləri:

  • Müştərilər tərəfindən daxil olan zənglərin cavablandırılması;
  • Sosial şəbəkələr, rəsmi səhifə vasitəsi ilə müştərilər tərəfindən daxil olan müraciətlərin  cavablandırılması;
  • Müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi;
  • Müraciətlərin qeydə alınması və müvafiq şöbələrə yönləndirilməsi;
  • Daxil olan zəng zamanı satışın edilməsi və təyin olunmuş hədəflərə çatmaq;
  • Aylıq hesabatların hazırlanması;
  • Təhkim olunmuş əsas vəsaitlər və digər qiymətlilərə görə cavabdehlik daşıyır;
  • Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı AR qanunvericiliyin, o cümlədən Mərkəzi Bankın normativ xarakterli aktlarına və bankdaxili normativ sənədlərin tələblərinə əməl etmək.

Tələblər:

  • Ali təhsil;
  • Səlis Azərbaycan və Rus dili biliyi, İngilis dili arzuolunandır;
  • Word və Excel proqramlarından istifadə bacarığı;
  • Xidmət yönümlülük, yaradıcılıq və işdə operativlik;
  • Komanda ilə işləmək bacarığı;
  • Ünsiyyətcil və təmkinlə xidmət göstərmək bacarığı;
  • İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq

 

Plastik kartlarla əməliyyatlar şöbəsində kiçik mütəxəssis

Son tarix 05 iyn 2023  jobs@yelo.az

Siz elektron poçtun “mövzu” yerinə “Plastik kartlar” qeyd etməklə öz CV-lərinizi göndərə bilərsiniz.

Struktur: Plastik kartlarla əməliyyatlar şöbəsi
Bilavasitə tabeçiliyi: Şöbə meneceri

Vəzifə öhdəlikləri:

  • Bankomatların monitorinqi və texniki nasazlıqların aradan qaldırılması;
  • Ödəniş terminallarının monitorinqi və texniki nasazlıqların aradan qaldırılması;
  • POS terminalların müştəriyə təhvil verilməsi və müştəridən təhvil alınması;
  • Bankomatlarda reklam çarxlarının dəyişdirilməsi;
  • Router, modem quraşdırılması və konfiqurasiyası.

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməsi (Rus və İngilis dili arzu olunandır);
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.