Milli Məclisin deputatından oğurluq olub.
İndex.az xəbər verir ki, hadisə millət vəkili Elşad Mirbəşiroğlunun həyətində qeydə alınıb.
Oğurluq edən Kamil Cavadlı artıq polis tərəfindən saxlanılıb.
E.Mirbəşiroğlu oxu.az-a açıqlamasında məlumatı təsdiqləyib.
O bildirib ki, evinin həyətindən velosiped oğurlanıb:
“Həyətimdən velosiped oğurlanıb. Mən polisə müraciət etdim ki, sabah bu cür oğurluq geniş vüsət almasın”.
Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.