Mart ayında xaricdən 27 milyon dollarlıq mobil telefon idxal olunub

Azərbaycana bu ilin mart ayında dəyəri 27 milyon 649 min ABŞ dolları olan mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub.

İndex.az Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, idxal edilmiş mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları 184 919 ədəd təşkil edib.

Fevral ayı ilə müqayisədə martda idxalın miqdarı 23.1%, dəyəri isə 15% artıb.

Yanvar-mart aylarında isə ölkəyə 483 621 ədəd mobil qurğu idxal olunub. Bu illik müqayisədə 72.6% çoxdur.

Bu müddətdə idxal olunan məhsulların dəyəri isə 75 milyon 145 min dollar təşkil edib ki, bu da illik müqayisədə 98.5% çoxdur