FED faiz endirimi edərsə ABŞ istiqrazları yüksələ bilər.
İndex.az xəbər verir ki,”JPMorgan Asset Management”in Sabit Gəlirli Aktivlər üzrə meneceri Ceyson Deyvis bildirib ki, FED sentyabr ayında faiz endirimi edəcəyi halda ABŞ istiqrazları yüksələcək.
2,5 trilyon dollardan çox aktivləri idarə edən Deyvis qeyd edib ki, ABŞ-da inflyasiyanın dönüş nöqtəsinə çatdığı və iqtisadiyyatın tənəzzülə doğru getdiyi bir vaxtda istiqrazlar yüksəlişə keçə bilər.
Davis həmçinin 10 illik xəzinədarlıq gəlirlərinin növbəti bir neçə ay ərzində 3%-ə düşəcəyini proqnozlaşdırır.