AMB faiz qərarını açıqladı

İnflyasiya son 10 ayda ilk dəfə azaldıqdan sonra Avropa Mərkəzi Bankı (AMB) faiz qərarını açıqlayıb.

İndex.az xəbər verir ki, AMB gözləntilərə uyğun olaraq uçot dərəcələrini 25 baza bəndi artırıb.

İqtisadçıların gözləntiləri uçot dərəcələrinin 25 bənd artırılacağı idi.

AMB-dən verilən açıqlamada bildirilib ki, AMB İdarəetmə Şurası faiz səviyyəsinin və məhdudlaşdırıcı səviyyədə qalma müddətinin müəyyən edilməsində məlumatlara əsaslanan yanaşmasını davam etdirəcək.