“Volvo” 1300 işçini ixtisar edəcək

“Volvo” işçilərinin böyük bir hissəsini ixtisar etməyə hazırlaşır.

İndex.az xəbər verir ki, İsveçin avtomobil istehsalçısı “Volvo” xərcləri azaltma planının bir hissəsi olaraq 1300 işçini ixtisar edəcəyini açıqlayıb.

“Volvo”dan verilən açıqlmada bildirilib ki, avtomobil istehsalçısı qarşıdakı aylarda da xərcləri azaltmağa və qlobal əməliyyatlarda səmərəliliyi artırmağa davam edəcək.

Qeyd edək ki, “Volvo” 2030-cu ilə qədər tam elektriklə işləyən avtomobillər satmağı hədəfləyir.