"Həzi Aslanov-28 May" istiqamətində qatarların hərəkəti məhdudlaşdırıldı

“28 May” metro stansiyasının giriş sahəsində tüstülənmə ehtimalı ilə qısa müddət ərzində yüksək gərginlik çıxarılıb.

İndex.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni məlumat yayıb.

Bildirilir ki, bu səbəbdən “Həzi Aslanov-28 May” istiqamətində qatarların hərəkətində məhdudiyyətlər olub.