Ölkəyə 3 milyard dollardan çox xarici valyuta daxil olub

Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə bu ilin yanvar-aprel aylarında 3 milyard 309 milyon 601 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

İndex.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, bu, illik müqayisədə 7,3% azdır. Bu dövrdə idxalın dəyəri 683 milyon 555 min ABŞ dollrı təşkil edib ki, bu da illik müqayisədə 1.9% azdır.

Avropa İttifaqına üzv ölkələrin ixracdakı payı ümumi ixraca nisbətən 52%, idxaldakı payı isə 19.37% təşkil edib.Bu dövr ərzində ixrac əməliyyatı ən çox İtaliya ilə (2 milyard 383 milyon 616 min ABŞ dolları), idxal isə Almaniya ilə ( 242 milyon 999 min ABŞ dolları) olub.

©Banker