2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin vəsaitlərini hansı məhsullara xərclədiyi məlum olub.
Uşaqpulu niyə verilmir? – Nazir açıqladı
Index.az xəbər verir ki, hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49.1%-i ərzaq məhsullarının, 5%-i içkilər və tütün məmulatlarının, 15.7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6%-i avtomobil benzini və dizel yanacağının, 5.3%-i elektrik malları və mebellərin, 2.2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15.7%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Ümumilikdə, 2021-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 327.5 milyon manatlıq, o cümlədən 20 milyard 751.2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17 milyard 576.3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.