Lirə həftənin ilk əməliyyatlarında 5%-ə yaxın ucuzlaşıb

Keçən həftə kəskin yüksəlişlər qeydə alan və 17-nin üstünü test edən Dollar/TL məzənnəsi yeni həftənin ilk əməliyyatlarında yenidən 17 səviyyəsini keçib.

İndex.az xəbər verir ki, Dollar/TL məzənnəsi 4,5% artaraq 17,1494 səviyyəsini görüb.

Prezident Rəcəb Tayyib Ərdoğanın həftə sonu verdiyi açıqlamalar Türk Lirəsinin ucuzlaşmasına səbəb olur.

Prezident Rəcəb Tayyib Ərdoğan pul siyasətindən tutmuş, maliyyə bazarlarında idarə olunan valyuta rejimi və fövqəladə vəziyyət iddialarına qədər bir çox mövzuda açıqlamalar verib. Faiz endirimləri ilə bağlı “Məndən başqa heç nə gözləməyin” deyən Ərdoğan, “bir müsəlman olaraq nə lazımdırsa, onu etməyə davam edəcək” deyə vurğulayıb.

Mənbə – Marja