AYİB Azərbaycana üç milyard avrodan çox investisiya yatırıb

Sabah Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 30-cu İllik Toplantısı başlayır.

İndex.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

O bildirib ki, tədbirdə COVID-19 pandemiyasının təsirləri və iqtisadiyyatın bərpası istiqamətində müəyyənləşdirilmiş hədəflər barədə məlumat veriləcək:“Ölkəmiz AYİB ilə uğurlu əməkdaşlıq edir. Bank tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 177 layihə üzrə üç milyard avrodan çox investisiya yatırılıb. Toplantı ərəfəsində AYİB-in birinci vitse-prezidenti cənab Yurgen Riqterink və həmkarları ilə Azərbaycan və maliyyə qurumu arasında tərəfdaşlığın genişləndirilməsi, işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının reallaşdırılmasında Bankın iştirakı barədə fikir mübadiləsi apardıq”.