Kənd Təsərrüfatı Nazirliyi 3 milyon manatlıq tenderə yekun vurdu

Kənd Təsərrüfatı Nazirliyi aqrar yönümlü peşə təhsili məktəbinin avadanlıqlarla (mebel və inventar daxil) təchizatı ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

İndex.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Estet” MMC-dir.

Qalib şirkətə 2 milyon 992.5 min manat ödəniləcək.